Ötən gün “SİA” rus mənbələrinə istinad edərək, Rusiyada ABŞ dollarının çökəcəyi barədə məlumat yaymışdı. Amma sən demə, bu, ötəri xarakter daşıyırmış. Belə ki, rusiyalı mütəxəssislər artıq bu gündən başlayaraq, ruslara dollar və ya avro almağı məsləhət görürlər.
Məsələ bundadır ki, rus iqtisadçılar neft bazarındakı düzəliş və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyaları nəzərə alaraq, imkanı olanlara orta müddət üçün xarici valyuta yığmağı tövsiyə etdilər.
Yeri gəlmişkən, Rusiyanın “Univer Capital” şirkətinin əməkdaşı Andrey Vernikova görə, rübün sonuna dollar 72.4, avro mart ayının sonuna qədər 86,5 rubla düşə bilər.
Bu arada Rusiyada ticarət sessiyası zamanı bitkomun da dəyərdən düşdüyü bildirilib. Belə ki, rusların ən populyar valyuta kimi dəyərləndirdikləri bitkom 10,12 faiz azalaraq 53,417 min dollar səviyyəsinə düşüb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB