Yanvar ayında Azərbaycanda nə qədər qızıl istehsal edilib?
Bu ilin yanvar ayı ərzində Azərbaycanda 270,9 kq qızıl, 421,5 kq gümüş istehsal edilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən xəbərə görə, qızıl istehsalı ötən ilin müvafiq ayının göstəricisindən 33,1 %, gümüş istehsalı 22 % az olub.
Bu ilin fevralın 1-nə 365,8 kq qızıl, 414,1 kq gümüş ehtiyatı yaranıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB