Neftin qiyməti: son 5 ayda ən aşağı səviyyə

Neftin qiyməti: son 5 ayda ən aşağı səviyyə

Birjalarda neft qiymətləri son 5 ayın ən aşağı səviyyəsindədir. SİA xəbər verir ki, “qara qızıl”ın qiyməti Avropada karantin tədbirlərinin sərtləşdirilməsi və Liviyanın neft hasilatının tədricən artırması fonunda geriləyir.

Neft qiymətləri bazarlar üçün qeyi-müəyyən bir həftəyə başlayır. Asiya bazarlarında fyuçers müqavilələri artan istehsal və tələbatın geriləməsi ilə 6 faizə qədər azalıb.

Liviyanın neft istehsalındakı artım treyderləri təəccübləndirsə də, “OPEC+” ölkələri üçün problemlər yaratmaqda davam edir. Liviyanın Milli Neft Şirkətinin rəhbəri Mustafa Sanalla gündəlik hasilatın 800 min barrelə yüksəldiyini və 2021-ci ilin əvvəlində isə neft istehsalını sutkada 1,3 milyon barrelə çatdırmağı planlaşdırdıqlarını söyləyib.

Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 36,61 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 34,33 dollara satılır.

Bütün xəbərlər Facebook səhifəmizdə