Birləşmiş Ştatların xam neft ehtiyatları artıb. SİA xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 4,58 milyon barrel artıb. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 600 min barrel artmışdı.

Benzin ehtiyatları da ardıcıl ikinci həftədir artır.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə