Azərbaycan əhalisi avqustda dollar alışını artırıb

Azərbaycan əhalisi avqustda dollar alışını artırıb

Bu ilin avqust ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 154 378,9 min dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni ayına nisbətən 72 118,9 min dollar və ya 31,8 % azdır. SİA-nın Azərbaycan Mərkəzi Banka istinadən verdiyi məlumata görə, iyul ayı ilə müqayisədə isə avqustda ölkə əhalisi dollar alışını 4 701,4 min dollar və ya 3,1% artırıb.

Bundan başqa, bu ilin avqust ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 92 350,1 min dollar təşkil edib ki, bu da 2019-cu ilin müvafiq ayına nisbətən 49 032,5 min dollar və ya 34,7% azdır, bu ilin iyul ayı ilə müqayisədə isə 3 584,6 min dollar və ya 3,8% çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə