Avtonəqliyyat vasitələrinin könüllü sığorta haqları artıb

Avtonəqliyyat vasitələrinin könüllü sığorta haqları artıb

2020-ci ilin yanvar-iyul ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə 22 milyon 978 min manat sığorta haqqı hesablanıb. SİA xəbər verir ki, ötən ilin yanvar-iyul ayları ərzində avtonəqliyyat vasitələrinin sığortası üzrə 19 milyon 333 min manat sığorta haqları hesablanıb.

Belə ki, illik müqayisədə avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə hesablanmış sığorta haqları 3 milyon 645 min manat və ya 19% artıb.

Cari ilin yanvar-iyul aylarında avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığorta ödənişləri 2019-cu ilin analoji dövrüylə müqayisədə 391 min manat və ya 6% artaraq 7 milyon 173 min manat olub.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə