İyul ayında ölkəyə 1,5 milyard dollar həcmində valyuta daxil olub

Azərbaycanda 2020-ci ilin iyul ərzində ixracın dəyəri 2 aydan sonra ilk dəfə milyard dolları üstələyib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata əsasən, iyul ayında ölkəyə 1 milyard 445 milyon dollar həcmində ixracdan valyuta daxil olub.

Bu hətta öncəki ayla müqayisədə ikiqat böyümə deməkdir. Bundan əlavə həmin ayda idxalın həcmi isə 911 mln. dollarlıq olub bu da 534 mln. dollarlıq müsbət saldo olması deməkdir.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə