Mərkəzi Bank 59,3 milyon ABŞ dolları tələbini tam təmin edib

Mərkəzi Bank 59,3 milyon ABŞ dolları tələbini tam təmin edib

21 iyul 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir. SİA xəbər verir ki, hərracda tələb 59,3 milyon ABŞ dolları təşkil etmişdir.

Bu barədə Azərbayan Mərkəzi Bankı məlumatında bildirilib ki, tələb olunan məbləğ tam təmin edilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə