“Heç bir bankda sığortalanmış əmanətlər bata bilməz" EKSPERT RƏYİ-ÖZƏL
“Heç bir bankda sığortalanmış əmanətlər bata bilməz. Batan əmanətlər yalnız sığortalanmayan əmanətlərdir. Dövlət tərəfindən sığortalanan əmanətlərin batması üzrə fakt yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.
O bildirib ki, dövlət banklardakı sığortalanmayan əmanətlərə cavabdehlik daşımır: “Ona görə də əmanətlərin sığortalanması vətəndaşın işidir. Bu baxımdan vətəndaşları daha diqqətli olmalı, vəsaitlərini hər hansı banka qoyarkən onunvəziyyəti ilə yaxından tanış olmalıdırlar. Son bağlanan banklar birdən-birə bu vəziyyətə düşməyib, çünki onların vəziyyəti çoxdan pis idi və uzun müddət idi ki, əmanətlər verilmirdi”.
İqtisadçı indiki məqamda bank sektoru ilə bağlı psixoloji basqı yaratmağın doğru olmadığını bildirib: “Bank sektorunu sağlamlaşdırmaq üçün onlara dəstək lazımdır. Ötən il cənab Prezident müdaxilə etdi, problemli kreditləri həll etdi və bu da bankları bir növ süni nəfəs aparatından ayırdı. Mərkəzi Bank da bu sektora dəstək göstərməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB