2020-ci ilin yanvar-mart ayılarında Azərbaycan 36,9 mln. ABŞ dollar məbləğində 6 007,5 ton meşə fındığı ixrac edib. SİA-nın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azdır.
Qeyd edək ki, bu ilin hesabat dövründə meşə fındığı ixracının ümumi ixracda payı 2019-cu ilin analoji dövrü ilə müqayisədə dəyişməz olaraq 0,9% səviyyəsində qalıb.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB