"Ötən il ilk dəfə olaraq Neft Fondunun aktivləri 40 milyard manatı ötüb"

“Həyata keçirilən tədbirlər nəticəsində 2019-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 2,6% təşkil edib”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş Nazir Əli Əsədov Nazirlər kabinetinin 2019-cu il üzrə fəaliyyətinə dair təqdim etdiyi videohesabatda deyib.

Baş nazir bildirib ki, işsizliyin səviyyəsi isə ən aşağı - 4,8% olub: "Ötən il dövlət büdcəsinin gəlirlərinin 24,2 milyard manat, xərclərinin isə 24,4 milyard manat təşkil etdiyini deyən Ə. Əsədov söyləyib ki, ötən ilk dəfə olaraq Neft Fondunun aktivləri 40 milyard manatı ötüb".

Ə.Əsədovun sözlərinə görə, 2019-cu ildə xarici borc 9 milyard 91 milyon manat olub: “İnvestisiyaların 70%-i daxili, 30%-i isə xarici investorlar hesabına həyata keçirilib. Hesabat ilində xarici ticarət dövriyyəsi 33,1 milyard dollar olub, müsbət saldo 5,8 milyard dollara çatıb”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...