OPEC+ Texniki Komitəsinin martın 18-nə təyin olunan iclası ləğv edilib. SİA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə nümayəndə heyətindən bildirilib.
Xatırladaq ki, bundan əvvəl Səudiyyə Ərəbistanı iclasda iştirakdan imtina etmişdi. Daha əvvəl isə OPEC-in çərşənbə axşamı texniki komitə iştirakçılarına dəvətnamələr göndərdiyi açıqlanmışdı. Avstriya hakimiyyət orqanlarının koronavirusun yayılması ilə əlaqədar kütləvi tədbirlərin məhdudlaşdırılması barədə tövsiyələrinə uyğun olaraq görüşün video rejimində keçirilməsi nəzərdə tutulurdu.
Qeyd edək ki, martın 6-da OPEC + ölkələrinin uğursuz danışıqlarından sonra, xüsusilə də Rusiya və Səudiyyə Ərəbistanının mart ayından sonra hasilatın azaldılmasını uzatmaq barədə razılığa gələ bilməməsi bu ayda texniki görüşün keçirilməsinin zəruriliyini şübhə altına almışdı. Lakin sonradan Rusiya və Qazaxıstan OPEC + əməkdaşlıq nizamnaməsi işini davam etdirməsində texniki məsləhətləşmələrə ehtiyac olduğunu elan etdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB