Dünya İqtisadiyatı çox mürəkkəb bir sistem olaraq beynəlxalq əlaqələrdən birbaşa asılıdır. Çünki, ən azından dünya iqtisadiyyatının əsası, ümumilikdə, qlobal iqtisadiyyat insanların qurduğu münasibətlərlə, ölkələr arasında yaranan əlaqələrlə bağlıdır və iqtisadçıların özləri də bu qənaətdədirlər. Bir sözlə, qlobal iqtisadi sistemin mexanizmini əlaqələr və münasibətlər təşkil edir. Bu baxımdan münasibətlər zamanı yaranan istənilən hal dünya iqtisadiyyatına bu və ya digər formada, yəni müsbət, yaxud mənfi şəkildə öz təsirini göstərmiş olur.
Bütün dünyanın gündəminə çevrilən son hadisələr, daha dəqiq desək 2020-ci ilin başlanğıcından müşahidə etdiyimiz virus infeksiyasının bütün dünya ölkələrini məşğul etməsi öz təsirlərini göstrərməkdədir. Belə bir təsirlərin biz 2009-cu ildə də şahidi olmuşuq və bu zaman yaranan maliyyə krizisi dünya ictimaiyyəti üçün sirr deyil. Məsələ burasındadır ki, hazırki vəziyyət, yəni Çində peyda olan, bütün dünyanı öz təsiri altına alan koronavirus adlandırılan xəstəlik artıq dünya iqtisadiyyatına öz mənfi təsirlərini göstərməkdədir və "Business İnsider" nəşrinin məlumatına görə bu dəfə bütün dünya 2009-cu ildəki krizisdən daha geniş miqyasllısının şahidi ola bilər.
Dəfələrlə qeyd etdiyimiz kimi, Çin elə bir iqtisadiyyata, elə bir əlaqələrə malik ölkədir ki, bu ölkənin dünya iqtisadiyyatına təsiri danılmazdır. Üstəlik, nəzərə alsaq ki, bu ölkə ticarət əlaqələrinə görə bütün dünya ilə sıx bağlıdır, deməli, orada baş verən hadisələr bütün dünyaya birbaşa təsir imkanlarına malikdir. Avropa qitəsində yerləşən bir sıra nüfuzlu dövlətlərin özünün istehsalı birbaşa Çinlə bağlıdırsa, dünya brendləri bu ölkədə hazırlanırdısa və indi istehsal dayanıbsa, bunun nəticələrinin nədən xəbər verdiyi və nə ilə nəticələnəcəyi artıq aydın məsələdir.
Ekspertlərin rəyinə görə, artıq Çin iqtisadiyyatının, hansı ki, bütün dünya iqtisadiyyatına birbaşa təsir gücünə malikdir, bu ildən enmə ehtimalı var. Təbii ki, bu enmə mövcud epidemiyaya, koronavirusa görədir ki, ehtimallara və hesablamalara əsasən bu ölkənin iqtisadi artımı 5,6 faizdən 5 faizə qədər düşə bilər. Doğrudur, bu rəqəmin daha böyük olacağını proqnozlaşdıranlar da var və hətta bəzi iqtisadçılar sözügedən ölkənin iqtisadi artımının 2,2 faizə qədər düşəcəyini də qeyd edirlər.
Əvvəlcədən də qeyd etdiyimiz kimi, Çində yaranan vəziyyət və bunun nəticəsi olaraq iqtisadi geriləmə bütün dünyaya təsirsiz ötüşməyəcək və nəticədə dünya iqtisadiyyatında ümumi inkişaf 2020-ci ildə 2.8%-dək enəcək. Vurğulandığı kimi, 2009-cu ili də nəzərə almaqla, son on ildə dünya iqtisadiyyatında ən aşağı göstəricinin 3%-dən də yuxarı olduğunu nəzərə alsaq, bu ilki göstəricinin daha aşağı olacağı qənaətinə gəlmək olar ki, bu da ümumilikdə dünya iqtisadiyyatı üçün arzuolunan deyil.
Gözləntilərin heç də mütləq şəkildə dəyişməyəcəyini də söyləmək yanlışlıq olardı. Çünki, bu ilin ikinci rübündən artıq istər Çində, istərsə də dünyanın digər ölkələrində epidemiyanın yayılma sürətinin, statistik göstəricilərin aşağı düşdüyünün də şahidiyik və bu heç də bədbin proqnozlara yol açmır. Xəstəliyin səngiməsi, ola bilsin ən yaxın zamanda tamamilə aradan qalxması nəticə etibarı ilə əvvəlki istehsal proseslərinin, ticarətin, ümumiyyətlə əlaqələrin bərpa olunmasına rəvac verəcək və Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Kristalina Qeorqiyevnanın da dediyi kimi, bu, nəticədə Çin iqtisadiyyatının artım tempinə səbəb olacaq. Belə olan şəraitdə isə hesablamar tamam başqa göstəricilərdən xəbər verir və qeyd olunur ki, bu halda Beynəlxalq Valyuta Fondunun bu illik proqnozları 3,3 faizlik iqtisadi artım vəd edir.
Qeyd olunanların dünya iqtisadiyyatına vurduğu ziyanı təkzib etmək mümkün deyil və Oxford Economiks Mərkəzinin rəyinə əsasən isə 2020-ci ildə dünya iqtisadiyyatında epidemiyanın vurduğu ziyanın nəticəsi ən azı 1.1 trilyon ABŞ dolları həcmində hesablanır. Bütün bunlar böhrandan xəbər verir. Təkcə ötən il Pekin hava limanı 100 milyondan artıq insan qəbul etməklə, Çin əhalisi bunun müqabilində 150 milyondan çox vətəndaşını 140-a yaxın ölkəyə səyahətini təşkil edib. Bu ilin fevral ayında isə bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə düz 87% azalma ilə müşahidə edilib ki, bu da deyilənləri təsdiq edir.
Avropanın, daha dəqiq desək, Londonun məşhur "Harrods" ticarət mərkəzinin rəsmi hesabatına görə, təkcə 2019-cu ildə Çin vətəndaşlarının həmin ticarət mərkəzində sərfiyyatı 300 milyon funt sterlinqdən artıq olub. Bu isə heç də kiçik rəqəm deyil və ümumilikdə mərkəzin gəlirinin 10 faizini təşkil edir ki, bu bizə dünya iqtisadiyatının hansı rəqəmlərlə rastlaşdığını, bu pandemiyanın fəsadlarını açıq-aşkar göstərmiş olur. Amma onu da nəzərə almaq lazımdır ki, bunun qarşısının alınması artıq vacib məsələ olaraq gündəmdədir və ümidvarıq ki, yaşanan iqtisadı tənəzzül ümumilikdə dünya iqtisadiyyatı üçün daha da sərfəli və pozitiv mexanizmlərin işlənib hazırlanmasına təkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB