Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq

Kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzi yaradılacaq. Teleqraf.com-un məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da əksini tapıb.

Sənədə əsasən, Nazirlər Kabineti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Energetika Nazirliyi və Maliyyə Nazirliyi 2020–2022-ci illərdə kommunal xidmətlərlə bağlı vahid Çağrı Mərkəzinin yaradılmasını təmin etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə