Gürcüstan və Azərbaycan arasında elektrik ötürücü xəttin tikintisi 2012-ci ilin əvvəlində başa çatacaq
Gürcüstan və Azərbaycan arasında "Qardabani- Samux" 500 kilovatlıq elektrik ötürücü xəttin tikintisi 2012-ci ilin əvvəlində başa çatacaq. SİA-nın xəbərinə görə, bu barədə "Azərenerji"nin prezidenti Etibar Pirverdiyev Gürcüstana səfəri çərçivəsində layihənin detallarını müzakirə edərkən deyib.
Tərəflər yaxın zamanlarda tikinti ilə bağlı müqavilə imzalayacaqlar.
Gürcüstanın enerji naziri qeyd edib ki, xətt Azərbaycan və Türkiyəyə qədər uzanacaq.
Qeyd edək ki, tikinti Energo Pro Georgia adlı çex şirkəti tərəfindən aparılır. Layihənin dəyəri 150 milyon dollar təşkil edir. Tikinti üç il müddətində davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB