Artıq üzümçülüyün və şərabçılığın inkişafı üçün hüquqi baza yaradılıb - ÖZƏL AÇIQLAMA
Ölkə rəhbərliyi tərəfindən üzümçülük sahəsinə xüsusi diqqət yetirilib. Mühim dövlət qərarları qəbul olunub və uğurla icra olunur. Bunu SİA-ya açıqlamasında Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov deyib.
O bildirib ki, Azərbaycan Respublikası Üzümçülüyün və Şərabçılığın inkişafına dair dövlət proqramı qəbul olunub: “2018-2025-ci illərdə Şərabçılığın inkişafına dair mühim vəzifələr qarşıya qoyulub və icrasına başlanıb. Artıq üzümçülüyün, şərabçılığın inkişafı üçün hüquqi baza yaradılıb. Lisenziyalarla bağlı qərarın ləğv olunması bu sahələrin inkişafına mühim təsir göstərib. Digər tərəfdən də strateji yol xəritəsi müəyyən olunubki, həmin yol xəritəsində də üzümçülüyün inkişafı, üzüm sahələrinin genişləndirilməsi, emal müəssisələrinin, ting təsərrüfatlarının yaradılması ölkəyə xaricdən gələn ting idxalının qarşısını almaq və yeni müəssələrin yaradılması qarşıya qoyulan məqsədlərdəndir”.
V.Səlimov vurğulayıb ki, artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də bu sahənin elmi əsaslarla inkişaf etdirilməsi baxımından xüsusi dönüş var: “Biz daim Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat institutu olaraq üzümçü, şərabçı fermerlərin yanındayıq və hər zaman onların problemləri ilə maraqlanırıq. Onlara üzümün becərilməsi, avrotexnikası, avrokimyası, bitki mühafizəsi məqsədi ilə təlimlər keçirilir və bu təlimlər də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən maliyyələşdirilib. Bütün bunların nəticəsində fermerlər məhsulun qorunması, istehsalı, avrotexniki becərmələr barəsində biliklərə yiyələnirlər və bunun nəticəsində də məhsul istehsalında müsbət nəticələr var. Bildiyiniz kimi Kənd Təsərrüfatı Nazirliyinin fermerlər üçün ayırdığı subsidiyalar artırılıb. Ayrılan subsidiyalar birbaşa təsərrüfatın inkişafına yönəldilib. Bu tədbirlərin hər biri son nəticədə məhsuldarlığın artmasına müsbət təsir göstərib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB