İsmayıllının 4 kəndinə təbii qaz verilib

Oktyabrın 12-də İsmayıllı rayonunun Qalagah (208 ev), Zeyvə (109 ev), Soltankənd (106 ev) və Uştal (91 ev) kəndlərinə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən SİA-ya bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azəriqaz”ın baş direktoru Əkbər Hacıyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov, eləcə də digər rəsmilər, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Prezident İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən R.Abdullayev bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə