Son illər "Azərbaycan Respublikasının Regionlarının 2009-2013-cü illər Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"na uyğun olaraq "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qaza olan tələbatını təmin etmək məqsədilə vacib tədbirlər görülür, qaz infrastrukturunun yenidən qurulması uğurla həyata keçirilir. ARDNŞ-dan SİA-ya verilən xəbərə görə, yeni magistral və daşıyıcı qaz xətləri çəkilir, istifadəyə yarasız borular dəyişdirilir, bir sözlə abonentlərin təhlükəsiz və keyfiyyətli "mavi yanacaq"la təmin olunması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir. Şəki rayonunun qazlaşdırılması istiqamətində görülən genişmiqyaslı işlər də bu baxımdan xarakterikdir. Belə ki, rayonun İbrahimkənd kəndində 6000 metrlik daşıyıcı, 2032 metrlik kənddaxili, habelə 3458 metrlik aşağı təzyiqli qaz xətləri çəkilmiş, 2 ədəd qaz tənzimləyici şkaf yenisi ilə əvəz olunub.
Eyni zamanda, Aşağı Küngüt kəndinin təbii qazla təmin olunması məqsədilə 4120 metr uzunluğunda daşıyıcı, 13123 metrlik aşağı təzyiqli, 3107 metrlik orta təzyiqli qaz xətləri çəkilib, 3 ədəd qaztənzimləyici şkaf istismara hazır vəziyyətə gətirilib. Bundan əlavə, Çeşməli kəndində 449 metr uzunluğunda daşıyıcı, 1703 metrlik aşağı təzyiqli qaz kəmərləri və 2 ədəd qaztənzimləyici şkaf, Vərəzət kəndində 6900 metrlik orta təzyiqli, 14800 metrlik aşağı təzyiqli qaz xətləri və 6 ədəd qaztənzimləyici şkaf təmir olunub.
Ümumiyyətlə, 2010-cu ildə Şəki rayonunda 1037 mənzil qazla təmin olunan, müxtəlif kəndlərdə 288 mənzildə məişət qaz sayğacı quraşdırılan, paylayıcı və daşıyıcı qaz xətləri istismar üçün hazırlanıb. İstismar müddəti başa çatan 18 kilometr uzunluğunda Cəfərabad-Şəki magistral qaz kəmərinin yeni yeraltı orta təzyiqli kəmərlə əvəz olunması işləri davam etdirilir. Yaxın müddətdə kəmərin istismara verilməsi gözlənilir. Rayonun məhəllədaxili paylayıcı qaz kəmərlərinin küçə xətlərinə çıxarılması da nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB