Ukrayna şirkəti Azərbaycan istehlakçıları ilə əməkdaşlıqda maraqlıdır

Ukrayna şirkəti Azərbaycan istehlakçıları ilə əməkdaşlıqda maraqlıdır

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib. SİA AZPROMO-nun məlumatına istinadən xəbər verir ki, Ukraynanın "AZMOL-Britiş Petrokemikals Ukrayna – Britaniya Birgə müəssisəsi" MMC ölkəmizdə fəaliyyət göstərən iş adamları ilə əməkdaşlıqda maraqlıdır.

Şirkət Azərbaycan istehlakçıları üçün mühərrik yağlarının tədarükü sahəsində qarşılıqlı sərfəli layihələr həyata keçirmək təklif edir.

Müəssisə Ukraynanın qeyri-kimyəvi müəssisəsi olaraq 80 ildən çoxdur ki, hər növ mühərrik avadanlıqları üçün müxtəlif sürtkü-soyuducu mayelərin istehsalı sahəsində ixtisaslaşıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə