Neftin qiyməti 90.77 dollar olub
Bu gün səhər neftin qiyməti müxtəlif şəkildə dəyişib. SİA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin qiyməti 1.42 dollar aşağı düşərək bir barelə görə, 90.77 dollar təşkil edib.

London elektron əmtəə birjasında Brent markalı neftin qiyməti isə 0.73 dollar artaraq bir barelə görə 101.74 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə