Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv bəzi ölkələrin birtərəfli fəaliyyəti nəticəsində OPEC dağıla bilər. SİA xarici KİV-lərə istinadla xəbər verir ki, Zəncənə Tehranda OPEC-in baş katibi Məhəmməd Barkindo ilə keçirdiyi görüşü şərh edərkən bu sözləri İranın neft naziri Bijən Namidar deyib.
İranlı nazir qlobal neft bazarı və onun problemlərini OPEC-in baş katibi ilə müzakirə etdiklərini bildirib. “OPEC-in bəzi üzvlərinin birtərəfli fəaliyyəti nəticəsində bu təşkilat dağıla bilər. İran öz maraqlarını nəzərə alaraq OPEC-ə üzvü olub. Əgər OPEC-ə üzv ölkələr İranı təhdid edərsə, bu, cəzasız qalmayacaq”, - deyə o vurğulayıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB