Xəzərlə bağlı ikinci iclas Nur-Sultanda keçiriləcək

Xəzərlə bağlı ikinci iclas Nur-Sultanda keçiriləcək

Xəzər üzrə yüksək səviyyəli işçi qrupunun ikinci iclası 16-17 aprel tarixlərində Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək. Artıq bütün tərəflər iştirakını təsdiqləyiblər. SİA-nın xəbərinə görə, bu barədə Qazaxıstanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aibek Smadiyarov bildirib.

"Xəzərlə bağlı yüksək səviyyəli işçi qrupunun ikinci iclası 16-17 aprel tarixlərində Nur-Sultan şəhərində keçiriləcək və bütün tərəflər öz iştiraklarını təsdiqləyiblər", - dey, Smadiyarov bildirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə