"Bərabər vergi yükünün təmin edilməsi qarşımızda duran əsas vəzifədir"
"Qarşımızda duran əsas məqsəd iqtisadi artımın təmin edilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi, özəl investisiyaların səmərəli təşviqidir. Bu məqsədlə bərabər vergi yükünün təmin edilməsi qarşımızda duran əsas vəzifə kimi qəbul edilib. Qeyri-neft sektorunda nəzərdə tutulan vergi güzəştlərinin islahatı da buna yönəlib". SİA-nın xəbərinə görə, bunu vergilər naziri Mikayıl Cabbarov Milli Məclisdə komitələrin birgə iclasında büdcə zərfinin müzakirəsi zamanı çıxış edərkən deyib.
O bildirib ki, əmək bazarının və əmək haqqı sisteminin şəffaflaşdırılması üçün güclü vergi stimullarının yaradılması düşünülür: "Vergidənyayınma miqyasının azaldılması üçün mal dövriyyəsinin sənədləşdirilməsi, aksizli malların dövriyyəsinə nəzarətin güclənməsi kimi istiqamətlər müəyyənləşib. Vergitutma rejiminin təkmilləşdirilməsi və digər tədbirlər vasitəsilə vergitutma bazasının genişlənmdirilməsi, vergi ödənişlərinin optimalllaşdırılması və iqtisadi səmərəsinin yüksəldilməsi, ayrı-ayrı sahələrin iqtisadi inkişafını təmin etmık üçün güzəştlərin tətbiqi kimi istiqamətlər müəyyən olunub".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB