ABŞ aktiv qazma qurğularının sayı artırıb

ABŞ aktiv qazma qurğularının sayı artırıb

ABŞ-dakı aktiv qazma qurğularının sayı artıb. “Baker Hughes” şirkəti xəbər verir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 1 ədəd artaraq 1054 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 114 ədəd çoxalıb.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 3 ədəd azalaraq 863 olub. Lakin buna baxmayaraq həmin göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə neft qazma qurğularının sayı 113 ədəd artıb. Qarışıq fəaliyyət göstərən qazma qurğularının sayı isə 1 ədəd çoxalıb.

Ölkədəki aktiv qaz qazma qurğularının sayı 3 ədəd artaraq 189-a çatıb. 2017-ci ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı eyni olub.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə