Naxçıvan şəhəri Zəroş Həmzəyeva küçəsindəki 3 nömrəli binada təmir-bərpa, Nizami küçəsindəki 38 nömrəli binada da əsaslı təmir işləri aparılır. SİA xəbər verir ki, hər iki binada təmir-bərpa işlərini Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları həyata keçirirlər.
Zəroş Həmzəyeva küçəsindəki 3 nömrəli binada iş icraçısı Samiq Abdullayevin verdiyi məlumata görə, 4 mərtəbəli 36 mənzilli yaşayış binasının kommunikasiya xətləri yeniləri ilə əvəzlənib, hazırda dam örtüyü yenilənir. Əraziyə kifayət qədər işçi qüvvəsi cəlb olunub. İnşaatçılar lazımi materialla təmin ediliblər.
Nizami küçəsindəki 38 nömrəli binada da texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur. İş icraçısı Aqil Mirzəyevin sözlərinə görə, zirzəmi ilə birlikdə 6 mərtəbəli 47 mənzilli yaşayış binasının hazırda fasad hissəsi sökülüb, bloklarda söküntü işləri davam edir.
İşlərin qısa vaxtda başa çatdırılması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB