Azərbaycan Beynəlxalq Bankı “İlin bankı” mükafatına layiq görülüb
"The Banker" jurnalının təsis etdiyi maliyyə sahəsində ən nüfuzlu mükafatlardan biri olan "İlin bankı" (Bank of the Year) adlı illik mükafatının 11-ci dəfə təqdim edilməsi mərasimi keçirilib.
SİA-nın xəbərinə görə, "ilin bankı" mükafatı 144 ölkə arasından seçilmiş qaliblərə, eləcə də dünyanın 6 regionunda seçilmiş qaliblərə və "Qlobal bank" nominasiyasında qalibə təqdim edilir.
2000-ci ildən bəri "The Banker" jurnalının "Bank of the Year" mükafatına artıq 9-cu dəfə layiq görülən Azərbaycan Beynəlxalq Bankı bu uğurunu bankda menecmentin və əməkdaşların yüksək peşəkarlığının etirafı hesab edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB