"Azərbaycanda Vahid Torpaq Fondu Məlumat Bazası canlı və işlək olacaq. Bu gün hər hansı bir əmlak haqqında sərəncam verilir, qeydiyyat aparılırsa, bu o zaman kadastr xəritəsində də əks olunur". SİA-nın xəbərinə görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Milli Məclisdə “Torpaqların elektron kadastr uçotu yekunlaşan rayonlarda görülən işlərin nəticələri ilə bağlı” təqdimatı zamanı çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda əvvəllər mövcud olan torpaqların koordinatları arasında uyğunsuzluq var: "Bunun da obyektiv və subyektiv səbəbləri var. Lakin kadastr xəritələri tam hazır olduqdan sonra dövlət orqanları da bundan istifadə edəcək, Vahid Topaq Fondunun fəaliyyəti, torpaq balansı düzgün şəkildə həyata keçiriləcək".
R.Cəlilov qeyd edib ki, hazırda torpaqlara nəzarət müfəttiş vasitəsilə aprılırsa, gələcəkdə bu işin də elektron səviyyəyə gətirilməsi ilə bağlı addımlar atılır: "Artıq bununla bağlı xarici təcrübə öyrənilib, Sloveniya şirkəti ilə sənəd də imzalanıb. Onlar bizə bu torpaqlara peyklə nəzarətlə bağlı sistemi hazırlayacaqlar. Bununla da bütün torpaqlarda baş verən yanğın, qanunsuz tikili və digər məlumatları öyrənmək mümkün olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB