SOCAR Ukraynada yanacaqdoldurma məntəqələrinin sayını artırır

SOCAR Ukraynada yanacaqdoldurma məntəqələrinin sayını artırır
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Ukraynada SOCAR adı altında yanacaqdoldurma məntəqələrinin sayını artırmaq fikrindədir. SİA-nın Ukrayna mənbələrinə istinadən verdiyi xəbərə görə, bu barədə SOCAR-ın Ukraynadakı ofisinin rəhbəri Elçin Məmmədov açıqlama verib. O bildirib ki, yanacaqdoldurma məntəqələri Ukraynanın Nikulayev, Odessa ərazilərində, Kiyev şəhərində istifadəyə veriləcək. Onun sözlərinə görə, 2011-ci ilin sonunadək Ukraynada 30-a yaxın yanacaqdoldurma məntəqəsinin açılması planlaşdırılır.

Qeyd edək ki, indiyə qədər Ukraynada SOCAR brendi altında 20 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə