Ümumi tranzit proseduru ilə bağlı milli seminar keçirilib

Ümumi tranzit proseduru ilə bağlı milli seminar keçirilib

Bu gün Bakıda “Dövlət Gömrük Komitəsinin ümumi tranzit proseduru və mallara ticarətdə sənədləşmənin sadələşdirilməsi konvensiyalarına üzv olma, eləcə də Avropa yeni kompüterləşdirilmiş tranzit sisteminə (NCTS) qoşulmaya hazırlıq prosesində dəstək” adlı milli seminar keçirilir. SİA-nın məlumatına görə, seminarın keçirilməsində məqsəd Ümumi Tranzit Proseduru haqqında Konvensiyanın üzv dövlət tərəfindən tətbiqi üçün əsas qaydalar barədə iştirakçıları məlumatlandırmaqdan ibarətdir.

Seminarda əsas tranzit prosedurları – coğrafi əhatə dairəsi, tranzit gömrük prosedurunun məqsədləri, Ümumi Tranzit Prosedurunun coğrafi tətbiqi mövzuları müzakirə olunacaq. Bundan başqa, konvensiyaya qoşulmaq üçün şərtlər, qanunvericilik, prosedur və texniki şərtlər də müzakirə mövzusu olacaq.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə