Tahir Mirkişili: "Azərbaycan iqtisadiyyatının sürətli inkişafını bütün dünyaya bəyan edir" AÇIQLAMA

"Azərbaycanda aparılan islahatlar qısa müddətdə öz nəticələrini verib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, artıq. 2017-ci ildə ÜDM-də müsbət artım müşahidə olundu, makroiqtisadi sabitliyə nail olunub, manatın məzənnəsi sabitdir, ixrac idxalı xeyli üstələyib, strateji valyuta ehtiyatları artmaqda davam edir: “2017-ci ildə son 2 ildə ilk dəfə olaraq tədiyyə balansının cari əməliyyatlar hesabında profisit qeyd alınıb. Bütün bu müsbət göstəricilər Azərbaycan iqtisadiyyatının dayanıqlı əsaslarla yenidən qurulmasının nəticələri və göstəriciləridir. Təbii olaraq ölkə iqtisadiyyatına da inamı artırır. Reytinq cədvəllərində irəliləmələr bir tərəfdən görülən işlərin nəticələri olsa da, digər tərəfdən gələcəkdə ölkə iqtisadiyyatına xarici investisiyaların daha çox yatırılmasına dəstək verir və Azərbaycan iqtisadiyyatının sürətli inkişafını bütün dünyaya bəyan edir”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə