İdarə və müəssisələrin enerji sərfiyyatı artıb

İdarə və müəssisələrin enerji sərfiyyatı artıb

2017-ci ildə dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 999,5 mln. kVt saat elektrik və 357,3 min Qkal istilik enerjisindən, 169,6 mln. kubmetr təbii qazdan istifadə edilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisindən 8,2%, istilik enerjisindən 1,2%, təbii qazdan 14,2% çox istifadə edilib.

2017-ci ildə ölkənin bütün təsərrüfat subyektləri tərəfindən 20,9 mlrd. kVt.saat elektrik enerjisi istehlak edilib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə