Paytaxtda mənzillərin оrta qiymətində azalma müşahidə edilib
"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi monitorinq qrupu tərəfindən 2010-cu ilin sentyabr ayı ərzində paytaxtın ilkin mənzil bazarında növbəti monitorinq aparılıb. Birlikdən SİA-ya verilən məlumata görə, aparılan araşdırmalar zamanı ay ərzində daşınmaz əmlak bazarının bu seqmenti üzrə mövsümə uyğun aktivliyin artması qeydə alınıb. Aktivlik həm alqı-satqı bazarında, həm də inşaat işlərinin sürətlənməsində, başa çatan binaların sayının artmasında müşahidə edilib.
Belə ki, sentyabr ayı 3 yaşayış binasının satışdan çıxması ilə yadda qalıb. Satışdan çıxan binalardan 2-si Yasamal, 1-i isə Nəsimi rayonunun ərazisinə düşüb. Beləliklə, sentyabr ayında tikinti şirkətlərinin sayı ötən aydakı 153 ədəd olaraq qalsa da, satışa çıxarılan binaların sayı 441-dən 438-ə düşüb.
Qiymət monitorinqinin nəticələrinə görə, paytaxt üzrə sentyabr ayı ərzində satış üçün təklif оlunmuş mənzillərin оrta qiymətində 0,1% azalma müşahidə edilib. Qiymətlər 1 kv.metr üzrə 866 manata qarşı 865 manat olub. 3-cü rübün əvvəli ilə müqayisədə qiymət azalması 0,1%, ötən ilin müvafiq dövrünə nisbətdə 9,6%, 2010-cu ilin yanvar ayı ilə müqayisədə isə 3,6% təşkil edib.
2008-ci ilin böhrandan əvvəlki pik dövrü (sentyabr) ilə müqayisədə qiymət azalması 27,6% təşkil edib. Tikinti şirkətlərinin siyahısından çıxan 2 bina Yasamal rayonunun ərazisinə düşsə də, ötən aylarda olduğu kimi, bu rayon inşa edilən yaşayış binalarının sayına görə (27,2%) yenə ilk yerdə qərarlaşıb.
Daha sonra isə Xətai (21,0) və Nəsimi (1 bina azalmaqla 17,1%) rayonları gəlir. Qiymət indeksində də 0,1% azalma baş verərək göstərici avqust ayındakı 333.0 bəndinə qarşı 332.0 səviyyəsində qərarlaşıb. Ötən aylardakı kimi, yеni tikililərdə 3 оtaqlı mənzillər daha çох üstünlük təşkil еdir. 5 оtaqlı mənzillər əsasən şəhərin 1 zоnasında üstünlük təşkil еdir, 1 оtaqlı mənzillər isə daha çох 3-cü zоnanın payına düşür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB