Azərbaycanda balanslı və dayanıqlı iqtisadi inkişaf formalaşır AÇIQLAMA

Azərbaycanda balanslı və dayanıqlı iqtisadi inkişaf formalaşır AÇIQLAMA

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı “Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans son 4 ildə həyata keçirilən fəaliyyət və 14 il ərzində görülən işlər geniş müzakirə olundu". Bu sözləri SİA-ya açıqlamaısnda iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Azərbaycan 2004-cü ildən başlayaraq regionların sosial iqtisadi inkişafına töfhə verən Dövlət Proqramları həyata keçirir və bu proqramlar həyata keçirilən zaman ötən müddət ərzində 231 milyard dollardan artıq investisya cəlb olunub: "Bunlardan yarısı xarici investisyalardır. Digər yarısı isə daxili mənbələr hesabına formalaşıb. Bu baxımdan nəticələr, rəqəmlər göstərir ki, Dövlət Proqramlarının icrası həm regionlarda infrastrukturun formalaşmasında, investisyaların cəlb olunmasında imkan yaradır həm də balanslı iqtisadiyyatın formalaşmasına töfhə verir. Çünki əsas məqsədlərdən biri də balanslı iqtisadiyyata malik olmaqdan ibarətdir. Regionlar ilə Bakı arasında fərqin azaldılması və balanslı iqtisadi inkişafın dəstəklənməsi istiqamətində bir sıra addımlar həyata keçirilir. Bu regionların inkişafı ilə bütövlükdə Azərbaycanın sahibkarlığın inkişafına hesablanan islahatlardır. O cümlədən, investisya təşviqi sənədinin tətbiq edilməsi, sahibkarlara ixrac subsidiyalarının verilməsi, sahibkarların xüsusən də aqro-parkların və sənaye məhəllələrinin çərçivəsində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi aiddir. Bu baxımdan proqramın yekunları göstərir ki, regionlarla Bakı arasında fərqin aradan qaldırlması prosesi güclənib. Azərbaycanda balanslı və dayanıqlı iqtisadi inkişaf formalaşır".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə