Həştərxan vilayətində “Şimal-Cənub” dəhlizinin nəqliyyat-logistika mərkəzi yaradılacaq

Həştərxan vilayətində “Şimal-Cənub” dəhlizinin nəqliyyat-logistika mərkəzi yaradılacaq

Həştərxan vilayətində, Privoljsk dəmiryolunun Kutum stansiyasında “Şimal-Cənub” dəhlizi çərçivəsində nəqliyyat-logistika mərkəzi yaradılacaq. AZƏRTAC Həştərxan xəbərlər agentliyinə istinadla bildirir ki, Rusiya dəmiryollarının və region hökumətinin nümayəndələri belə bir mərkəz yaradılması məsələsini Azərbaycan Respublikasının işgüzar dairələri ilə müzakirə ediblər.

Privoljsk dəmiryolunun rəisi Sergey Almeyev görüş iştirakçılarına tezkorlanan idxal yüklərinin dəmiryol vasitəsilə Rusiyaya çatdırılmasının perspektivləri barədə məlumat verib. O, Kutum stansiyasının potensialından istifadə etməklə məhsulların daşınmasının təşkilinə dair təkliflər irəli sürüb. S.Almeyev deyib: “Biz kompleks nəqliyyat-logistika xidmətlərini təşkil etməyə, o cümlədən məhsulların emalı və saxlanması üçün ərazi, binalar və tikililər, habelə müvafiq imtiyazlar və güzəştlər təqdim etməyə hazırıq”.

Məlumatda bildirilir ki, Azərbaycandan olan biznesmenlər qarşılıqlı faydalı və uzunmüddətli əməkdaşlıq üçün çoxtərəfli saziş imzalamaq niyyətindədirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə