Hər bir ölkə üçün bu forum olduqca vacib və əhəmiyyətlidir AÇIQLAMA

Hər bir ölkə üçün bu forum olduqca vacib və əhəmiyyətlidir AÇIQLAMA

"Bu gün Davosda Avropa Komissiyasının vitse-prezidenti M.Şefçoviç və Prezident İlham Əliyev görüşüblər. AB və Azərbaycan arasında enerji məsələlərinə dair fikir mübadiləsi aparılıb". Bu sözləri SİA-ya açıqlamasında İlham Şaban deyib.

Onun sözlərinə görə, fevralın 15-də Şefçoviç Bakıya "Cənub Qaz Dəhlizi" ilə bağlı tədbirə qatılacağı gözlənilir: "Dünya İqtisadi Forumunda 129 ölkə iştirak edir. Hər bir ölkə üçün bu forum olduqca vacib və əhəmiyyətlidir. Azərbaycan bu forumda yüksək əməkdaşlıq edir. Azərbaycan şübhəsiz özünün iqtisadiyyatı, xüsusən də qeyri-neft sektoru sahəsindəki inkişafı, Azərbaycan istehsal etdiyi məhsulların dünya bazarına çıxarılması, qarşılıqlı səmərəli tərəfdaşlığın qurulması üçün çox böyük əhəmiyyətə malikdir".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə