Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Opel Omega" markalı avtomobillə gələn Azərbaycan Respublikası vətəndaşı ilə gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual aparılıb və həmin şəxs gömrükçülərə nəqliyyat vasitəsində gizlədilən, gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olmadığını bildirib.
Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, gömrük baxışı zamanı isə avtomobilin qapılarının içərisindən və tavanından gömrük nəzarətindən gizlədilən, üzərində "Cock Growing At Dawn" yazısı olan 920 qutu pirotexniki vasitələr aşkar edilib.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB