2018-ci il yanvarın 15-dən etibarən Azərbaycan Hava Yollarının bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq. Hazırda bu müddət 40 dəqiqədir.
Eyni zamanda, qeydiyyat uçuşa 3 saat qalmış açılacaq.
"Sərnişinlərin hava limanında qeydiyyat üçün öncədən gəlməyinizi xahiş edir. Siz həmçinin saytda pulsuz onlayn qeydiyyat xidmətindən istifadə edə, baqajınız olduqda isə onu "Baggage Dropoff" ekspress-masasında təhvil verə bilərsiniz",- məlumatda bildirilir.
Dünya təcrübəsinə əsasən, bir qayda olaraq, qeydiyyat uçuşa 2-4 saat qalmış və qrafik üzrə uçuşa 40-60 dəqiqə qalmış başa çatır. Lakin bəzi hava limanlarında beynəlxalq reyslərə qeydiyyat uçuşa 4 saat qalmış müddətdə başlayır və uçuşa 1 saat qalmış başa çatır. Diqqət edin ki, qeydiyyata gecikdiyiniz halda aviaşirkət sizin bronu ləğv etmək hüququna malikdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB