Konstitusiya Gününə həsr olunan Azərbaycan birinciliyi başa çatıb
Konstitusiya Gününə həsr olunan stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub. Yarışlarda 2006-cı il təvəllüdlü və daha kiçik yaşlı 100-dən çox tennisçi iştirak edib. Qaliblərə və onların məşqçilərinə Azərbaycan Stolüstü Tennis Federasiyasının diplom, pul mükafatı və hədiyyələri təqdim olunub. Federasiyanın vitse prezidenti Fazil Məmmədov qalibləri təbrik edib.
Turnirin qalibləri:
Şəxsi kateqoriyada
Qızlar arasında:
I yer – Aslanova Arzu
II yer – Dadaşova Mehriban
III yer – Mahmudova Nigar
Nurmətova Mərziyə
Oğlanlar arasında:
I yer – Əhmədzadə Adil
II yer - Becanov Xaliq
III yer – Eylazov Hüseyn
Məmmədbəyov Hacımurad
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB