Peşə Liseyinin şagirdləri Yaşıl çay” MMC-də çay əkinində FOTOLAR

Peşə Liseyinin şagirdləri Yaşıl çay” MMC-də çay əkinində FOTOLAR

Lənkəran Peşə Liseyi ilə “Yaşıl çay” FT MMC arasında bu ilin iyunun 20-də bağlanmış Memoranduma əsasən oktyabrın 30-da liseyin bir qrup müəllimi, təlim ustası və fermer qrupunun 20-dək şagirdi təsərrüfatda olublar. SİA-nın verdiyi məlumata görə, şagirdlər təsərrüfatın təcrübəli çaybecərənlərinin rəhbərliyi altında həyatlarında ilk dəfə çay əkini keçiriblər.

Peşə Liseyinin direktoru Afər Kərimov söhbət zamanı onların əməkdaşlıq təşəbbüsünə verdiyi dəstəyə görə təsərrüfatın direktoru Araz Yağubova minnətdarlığını bildirib və qeyd edib ki, məktəbin belə təcrübə sahəsinə ciddi ehtiyacı vardı. Memoranduma əsasən “Yaşıl çay” fermer təsərrüfatı 1 hektar sahəni təcrübə keçmək məqsədilə bizim ixtiyarımza verib. Çalışacağıq ki, burada həm şagirdlərimiz təcrübə qazansın, həm də bizə tapşırılan işi keyfiyyətlə görməklə təsərrüfata köməyimiz dəysin. Əlavə etməliyəm ki, respublikamızda ilk dəfədir ki, ixtisaslı mütəxəssislərin hazırlanması məqsədi ilə dövlət müəssisəsi olan Peşə Liseyi ilə özəl aqrar təsərrüfatın birgə layihəsi həyata keçirilir. İnşallah, “Yaşıl çay” MMC ilə birgə layihələrimiz hələ çox olacaq.

Yaşıl çay” fermer təsərrüfatının direktoru Araz Yağubov bildirib ki, hazırda aqrar sahə mütəxəssislərinə ciddi ehtiyac duyulur. Peşə Liseyi ilə bağlanmış Memoranduma əsasən liseyə 1 ha torpaq sahəsinin ayrıldığını , hazırda şagirdlərin çay əkinində həvəslə iştirak etdiyini və bugünkü təcrübənin onların gələcək fəalyyəti üçün xüsusi önəm daşıdığını vurğulayıb. Qeyd edib ki, qış aylarında isə liseyin çilingər qrupu şagirdləri üçün maşın və texnikaların təmiri və yaz əkininə hazırlanması işlərində iştirak etmək üçün lazımi şərait yaradılacaqdır.

Araz Yağubov həmçinin əlavə edib ki, LənkəranDövlət Universiteti ilə də birgə fəaliyyət proqramının həyata keçirilməsi nəzərdə tutulur.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə