Süd məhsulları ilə bağlı təlim-seminar keçiriləcək

Oktyabrın 27-də Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə südçülük sektorunun araşdırılması ilə bağlı təlim-seminar keçirəcək. Təlim seminar nazirliyin Dünya Bankı ilə birlikdə icra etdiyi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində təşkil olunacaq.

Nazirlikdən verilən məlumatda deyilir ki, tədbirdə ölkənin kiçik, orta və iri süd və süd məhsulları istehsalçıları və emalçıları, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki institutların, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müvafiq sahə ilə məşğul olan əməkdaşları, həmçinin Avstraliya və İngiltərədən dəvət olunan 6 beynəlxalq ekspert iştirak edəcək.

Təlim-seminarda Azərbaycanda süd məhsulları dəyər zəncirinin inkişaf etdirilməsi ilə bağlı mövcud vəziyyət qiymətləndiriləcək və müzakirə olunacaq. Tədbirdə bu sahədə ölkədə və beynəlxalq aləmdə təcrübə barədə müqayisəli məlumat veriləcək, süd və süd məhsulları istehsalçılarının problemlərinə nəzər salınacaq, dəyər zəncirinin sağlam formalaşması üçün fikir mübadiləsi aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...