Bitcoin istifadəçinin hesabından 1 milyon dollar silinib

Bitcoin istifadəçinin hesabından 1 milyon dollar silinib

Genişmiqyaslı “Altcoin” birjası olan “Bittrex” istifadəçilərinin hesablarını bağlamağa başlayıb.

Ötən gün bir neçə istifadəçinin hesabından 1 milyon dollar silinib. Digər istifadəçilərin hesabları isə əngəllənib.

Məsələ ilə bağlı açıqlama verə "ETI - eTicarət İcması"nın təsisçisi Rəşad Camal bildirib ki, “Bittrex” məsələni həll edəcək:

““Bittrex”də hesabı olanlar “Bitcoin”lərini çəkə bilmir. Mənim də hesabım əngəllənib. Rəhbərlik istifadəçilərinə “Twitter” vasitəsilə cavab yazır. Problemin həll olunacağını bildirirlər. Əminəm ki, məsələni həll edəcək. Sadəcə gözləməliyik”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə