Külli miqdarda dərman preparatları aşkar edilərək götürülüb

Külli miqdarda dərman preparatları aşkar edilərək götürülüb

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşına məxsus avtomobildəki əl yükləri "HCVG vizual Smiths Detection" yoxlama-baxış sistemindən keçirilən zaman qurğunun monitorunda dərman preparatlarının təsviri görünüb.

Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, həmin yükə təkrar baxış nəticəsində gömrük orqanına bəyan olunmayan 20 adda 61 qutu və qablaşdırma qutusu olmayan 30 konvalyut müxtəlif dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə