Bank sektorunun balans kapitalı 3 mlrd. manatdır

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 31 avqust 2017-ci il tarixinə cəmi aktivləri 29 mlrd. 491,7 mln. manat, cəmi öhdəlikləri isə 26 mlrd. 568,2 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) SİA-ya verilən məlumata görə, sektorun balans kapitalı 2 mlrd. 923,6 mln. manat, əhalinin əmanətləri 6 mlrd. 871,7 mln. manat olub.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 142, ATM-lərin sayı 2495-dir. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,167 nəfər təşkil edib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...