Dollar yenidən bahalaşdı

Azərbaycan Respublikası Mərkəzi Bankı Manatın məzənnəsinə dair məlumat yayıb. SİA-nın məlumatına görə, 29.09.2017-ci il tarixindən etibarən (30 sentyabr və 01 oktyabr tarixləri də daxil olmaqla) Mərkəzi Bankın rəsmi məzənnəsi 1 ABŞ dolları 1,7002 manat səviyyəsində müəyyən olunubdur.

Bu gün də rəsmi dollar/məzənnəsi 1.7002 manatdır.

Qeyd edək ki, sabahın banklar üçün rəsmi iş günü elan edilməsi əhalidə devalvasiya olacağına dair narahatlıq yaradıb. Mərkəzi Bankın məlumatından görünür ki, sabah rəsmi məzənnə dəyişmir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə