Sentyabrın 28-də Bakı Fond Birjasında (BFB) "Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) 25 mln. manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən SİA-ya verilən məlumata görə, istiqrazlar 1001,67 manat qiyməti ilə satışa çıxarılacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) tərəfindən AİF-in adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti avqustun 16-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 100 mln. manat təşkil edir, bir istiqrazın nominal dəyəri 1000 manat, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.
Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. Depozitari və sərəncamçı xidmətləri Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB