Samir Şərifov: “Növbəti partiya qızıl yaxın zamanlarda Azərbaycan valyuta ehtiyatlarına daxil ediləcək” - AÇIQLAMA

İndi bizim qızıl ehtiyatımız var və I partiya "Hasilatın pay bölgüsü haqqında saziş"ə uyğun olaraq Azərbaycana gətirilib. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov məlumat verib. O bildirib ki, I partiya qızıl hazırda hökumətin hesabında, Mərkəzi Bankda saxlanılır. Nazir vurğulayıb ki, hazırda növbəti partiya qızılın alınması ilə bağlı danışıqlar aparırılır.

"Artıq qızıl saflaşdırılır və çox güman ki, növbəti partiya qızılı yaxın zamanlarda Azərbaycanın valyuta ehtiyatlarına daxil edəcəyik. İlkin gətirilmiş qızıln çəkisi 99,5 kq-a bərabər idi. Növbəti partiya qızıl isə hazırda saflaşdırılır və bu partiyanın çəkisi də 100 kq-dan artıqdır. Çox güman ki, ilin sonuna kimi daha çox qızıl hasil olunub ölkəmizə gətiriləcək", - deyə S.Şərifov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...