SOCAR-ın payı yeni anlaşmada 25 faizə qaldırıldı MÜNASİBƏT
“Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinliyində yerləşən hissəsinin birgə işlənməsi haqqında Heydər Əliyev Mərkəzində imzalanan yeni anlaşma olduqca əhəmiyyətlidir. Birinci, o deməkdir ki, Qərbdəki bəlli çevrələrin təzyiqlərinə və həm də bu təzyiqlərin nəticəsi olaraq qlobal mediada dövlətimizə qarşı aparılan qarayaxma kampaniyasına baxmayaraq anlaşma ilk növbədə Azərbaycanın maraqları, irəli sürdüyü şərtlər nəzərə alınmaqla bağlandı". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alııyev deyib.
Onun sözlərinə görə, Qərbdə istəyirdilər ki, yeni anlaşmada da şərtlər 1994-cü ildəki kimi olsun: "Ancaq onu unudurdular ki, Azərbaycan artıq 1994-cü ildəki ölkə deyil. Beləliklə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışında da vurğulandığı kimi, əgər 1994-cü ildəki anlaşmada SOCAR-ın payı 11,6 faiz idisə, yeni anlaşmada bu 25 faizə qaldırıldı, iki dəfədən çox artım var. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Üstəlik xarici investorlar bizə 3,6 milyard dollar həcmində bonus ödəyəcəklər. Demək, yeni anlaşma ölkəmiz üçün "Əsrin müqaviləsi" adlandırılan 1994-cü ildəki ilk anlaşmadan daha böyük dvident və perspektiv vəd edir.
Belə də düşünənlər var ki, “Azəri”, “Çıraq” və “Günəşli” yataqları artqı 20 ildir istismar edildiyindən orada elə də çox yanacaq qalmayıb. Ancaq xatırladaq ki, "Əsin müqaviləsi" imzalananda həmin yataqların 511 milyon ton ehtiyatının olduğu bildirilirdi. İndiyədək bu üç yataqdan 436 milyon ton neft çıxarılıb. Ancaq artıq müəyyən edilib ki, həmən yataqlarda daha 500 milyon tona yaxın yanacaq ehtiyatı var. Cənab İlham Əliyev keçmişdəki proqnozları xatırladaraq haqlı olaraq deyib ki, əslində bu ehtiyyatlar daha çox ola bilər. Yəni indi daha əlverişli şərtlərlə imzalandığından “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının istismarının ikinci mərhələsindən əldə edəcəyimiz gəlir birinci mərhələsindəkindən təqribən iki dəfə çox gözlənilir.
Bu isə artıq həm də o deməkdir ki, Azərbaycanın bir dövlət kimi güclənməsi, ilk növbədə milli maraqlara dayanılaraq yeridilən qətiyyətli siyasət yeni neft anlaşmasında da öz müsbət rolunu oynadı.
Üçüncü, bu anlaşma Azərbaycanın qərblə strateji eneri əməkdaşlığının, demək, eyni zamanda balanslaşdırma siyasətinin davam edəcəyini, “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının ikinci mərhələsinin işlənməsinə 2050-ci ilədək 40 milyard dollardan artıq yatırım qoymağı planlaşdıranların burada sabitliyin qorunub saxlanılmasında istər-istəməz maraqlı olacaqlarını ortaya qoyur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB