"Hazırda Azərbaycanda azad sənaye zonalarının yaradılması ilə bağlı iş gedir"
"Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı məsələsi Prezident İlham Əliyev tərəfindən müəyyən edilən prioritet məsələlərdən biridir. Dünyada tanınmış bir çox şirkətlər Azərbaycanda yeni sənaye sahəsinin yaradılması ilə bağlı iş görür. Hazırda azad sənaye zonalarının yaradılması ilə bağlı iş gedir". SİA-nın xəbərinə görə, bunu Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.
Növbəti ilin sonunda İran ilə birgə avtomobil zavodunun tikintisi layihəsinin reallaşacağını dilə gətirən komitə sədrinin fikrincə, Türkiyə investisorlarının tanınmış brendlərlə bağlı Azərbaycanda müəyyən sənaye müəssəsilərinin yaradılması gözəl olardı: "Eyni zamanda, MDB ölkələri arasında azad ticarət zonası haqqında sazişlər imzalanır və əksər mallara gömrük rüsumu tətbiq olunur. İstehsalatın ölkəmizdə yaradılması nəticəsində Azərbaycan brendləri Türkiyə sənayeçilərinin köməyi ilə MDB ölkələrinə və dünya bazarına çıxarılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB