“"WhatsApp", "Facebook", "Skype", "Viber" və s . bu tip resurslara tətbiq olunan məhdudiyyətlər yenə də gündəmdədir”. Bu sözləri SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, bu gün də bununla bağlı xeyli problemlər var: “Bu istiqamətdə biz NRYT Nazirliyi və backbone provayderləri ilə intensiv olaraq əlaqə saxlayırıq. Bu gün də bu istiqamətdə danışıqlar olub. Məlumdur ki, qeyri – rəsmi olaraq təhlükəsizliklə əlaqələndirilən və müvəqqəti məhdudlaşdırıcı addım olaraq bizim tərəfimizdən də anlayışla qarşılanan bu məhdudiyyətin beynəlxalq yarışların başa çatmasından sonra da davam etməsi problemi daha da ciddiləşdirib.
Adı çəkilən qurumlarda bu məsələlər hazırda ciddi müzakirə olunur və nazirlik də təhlükəsizliklə əlaqəli qurumlarla birgə bu problemin həlli ilə məşğuldur. Əminəm ki, qərar qəbul edənlər də bu resursların ölkəmiz, adi vətəndaşlar, rəqəmsal biznes qurumları və ölkəmizə gələn tursitlər üçün, bütövlükdə ölkəmizin imicinə necə təsir etdiyini görürlər. Güman edirik və gözləyirik ki, bununla bağlı rəsmi açıqlamalar olacaq və problem öz həllini tapacaq.
Yeri gəlmişkən dərhal qeyd etmək istərdim ki, problem yaranan andan bizim apardığımız araşdırmalar onu deməyə əsas verir ki, bu məhdudiyyətin mobil operatorların gəlirlərinin artmasına şərait yaratmaq həmçinin, Deltadakı borclar səbəbindən gerçəkləşdirilməsi ilə bağlı fikirlər həqiqətə uyğun deyil. Təbii ki, bizim də dəfələrlə vurğuladığımız kimi, bu məhdudiyyətdən mobil operatorlar, beynəlxalq danışıq operatorları gəlirlərini artırsalar da, backbone provayderlər əksinə daha da gəlirlərini itirirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB