“İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda
Bakıda növbəti konfrans

Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") birgə təşkilatçılığı ilə "İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr" mövzusunda konfrans keçirilir. SİA-nın verdiyi məlumata görə, açılış nitqi ilə çıxış edən Baş nazirin birinci müavini Yaqub Eyyubov aparılan islahatlar nəticəsində makroiqtasadi sabitlik təmin olunduğundan, manatın möhkəmlənməsindən danışıb.

İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı isə dövlət - özəl sektor dialoqu və əməkdaşlığı davamlı iqtisadi artımın təmin olunmasında özə sektorun rolunun gücləndirilməsi üçün əlverişli imkanlardan söz açıb. İcraçı direktor qeyd edib ki, Azərbaycanda islahatların ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli düşünülmüş və təkcə qısamüddətli deyil, həm də orta və uzunmüddətli hədəflərə istiqamətlənməsini göstərir.

"AmCham-Azerbaijan"ın prezidenti Nuran Kərimov çıxış edərək bildirib ki, Azərbaycanda aparılan iqtisadi islahatlar davamlı xarakter alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə